Putinin xüsusi nümayəndəsi İrana getdi

image-boqdanobackend

Rusiya Prezidentinin xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov İrana səfər edib.

Busaat.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, Boqdanov Tehrana rəsmi səfəri çərçivəsində İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahian ilə görüşüb.

İran mediası yazır ki, Rusiya nümayəndə heyəti Suriya ilə bağlı məsələləri müzakirə etmək üçün bu ölkəyə gəlib.

Boqdanovun sözlərinə görə isə, onun İranda keçirdiyi danışıqların gündəliyi geniş olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90