Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.39 $▲1.05%
  • WTI neft86.63 $▲1.12%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.293 $▲2.49%
  • Qızıl4 056 $▼1.68%
  • Gümüş52.46 $▼1.47%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda594.00 ¢▲0.89%
  • Bitcoin73 650 $▼0.06%
  • Ethereum2 062 $▲0.56%
  • S&P 5007 521▼0.37%
5°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Putinlə bağlı plakat təxribatı – Zaxarova Qərbi ittiham etdi

image-maria_zakharova_9
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“İrəvanda Rusiya Prezidenti Vladimir Putini təhqir edən plakatın görünməsi ilə bağlı təxribatın arxasında “qərb izi” var”.

Busaat.az Oxu.Az-a istinadən xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı NEWS.ru-nun sualını cavablandırarkən deyib.

O, Ermənistandakı ABŞ səfirliyi əməkdaşlarının bu işdə əllərinin olmasını da istisna etməyib.

“Görünür, hələ də bəziləri başa düşmür ki, Rusiya-ABŞ münasibətlərini stimullaşdırmaq lazımdır, Rusiya-Ermənistan münasibətlərini korlamaq yox. Deyəsən, ABŞ səfirliyində bəziləri əvvəlki qaydalarla yaşayırlar. Bəlkə də Ermənistana USAID xətti ilə ötürülən və məhz belə layihələrlə məşğul olan pul hələ bitməyib”, – deyə Zaxarova qeyd edib.

XİN bu təxribatın Rusiya və Ermənistan arasındakı münasibətlərə təsirini istisna edib.

“Bizim Ermənistanla geniş gündəliyimiz var – təkcə müzakirə üçün deyil, konkret, tətbiqi və praqmatik iş üçün. Bunun bəzilərinə xoş gəlmədiyini də bilirik. Ona görə də, konstruktiv və müsbət gündəliyə üstünlük veririk”, – Zaxarova vurğulayıb.

Xatırladaq ki, daha öncə bir qrup erməni fəal İrəvanda Rusiya prezidentini təhqir edən plakat asıb. Kadrlar “Facebook”da Avropayönümlü “Respublika naminə” partiyasının lideri Arman Babacanyan tərəfindən paylaşılıb. Bu provokativ aksiya Rusiya XİN rəhbəri Sergey Lavrovun İrəvan səfəri öncəsi təşkil edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=164227