
Putinlə Ərdoğanın görüşü hələ hazırlanmır - Kreml
Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın görüşü hələ hazırlanmır.
Busaat.az xəbər verir ki, bu sözləri RİA Novosti- yə Kremlin sözcüsü Dmitri Peskov deyib .
Peskov belə bir görüşün artıq hazırlanıb-hazırlanmadığı və Türkiyədə prezident seçkiləri öncəsi baş tuta bilərmi sualına belə cavab verib: “Xeyr. Gələcəkdən danışırıq”
Bundan əvvəl Akkuyu AES-ə nüvə yanacağının verilməsi mərasimində videokonfransda çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə rusiyalı həmkarı Vladimir Putinlə üz-üzə görüşmək arzusunda olduğunu bildirib.
Busaat.az























