
Putinlə yaxşı münasibətlərim var - Tramp
ABŞ-nin sabiq prezidenti Donald Tramp Vladimir Putinlə uzun müddət əlaqə saxlamasa da, onunla yaxşı və möhkəm münasibətdə olduğunu deyib.
Busaat.az xəbər verir ki, bu barədə Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.
“Demək istədiyim odur ki, mən onunla çoxdan danışmıram, amma Putinlə çox yaxşı münasibətim var”, – Tramp qeyd edib..
Onun fikrincə, əgər o, ABŞ prezidenti vəzifəsində qalsaydı, Putin Ukraynada xüsusi əməliyyata başlamazdı.
“Putin mənə on faiz inanmadı.On faiz isə lazım olan hər şeydir”, – Tramp bildirib.
Busaat.az























