
Qahirədə yaşayış binası uçdu - 9 ölü
Misirin paytaxtı Qahirədə yaşayış binasının uçması nəticəsində azı 9 nəfər həlak olub.
Busaat.az xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb.
Məlumata görə daha 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Nəşr bildirir ki, hakimiyyət orqanları qonşu binalardan yaşayan sakinlərin təxliyyəsinə başlayıb. Xilasetmə əməliyyatları zamanı polis binanın uçduğu ərazini mühasirəyə alıb.
Qeyd edilir ki, Misirin Sosial Həmrəylik Nazirliyində dağıntılar altında həlak olanlarınailələrinə 2 min dollara yaxın təzminat vəd edilib.
Binanın uçmasının səbəbləri hələlik məlum deyil.
Busaat.az























