Məzmuna keç
  • Brent neft113.43 $▲1.33%
  • WTI neft104.12 $▲1.14%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.68%
  • Gümüş49.28 $▼4.20%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.49%
  • Bitcoin78 046 $▲0.80%
  • Ethereum2 270 $▲0.79%
  • S&P 5007 580▼1.83%
19°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
Gündəm

Qalmaqallı “Anderson” kafesinin adı “Xankəndi kafesi" kimi dəyişdirildi

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakıda qalmaqallı “Anderson” kafesinin adı dəyişdirilərək, tezliklə işğaldan azad olunacağını gözlədiyimiz Xankəndinin şərəfinə “Xankəndi kafesi” adlandırılıb.

Busaat.az  xəbər verir ki, bu barədə musavat.com-a açıqlamasında kafenin rəhbərliyi bildirib. Kafenin Kamran adlı administratoru qeyd edib ki, ermənipərəst Anastasiya Tatulova ilə bütün müqavilələrə xitam verildikdən sonra kafenin adının dəyişdirilməsi yönündə işlər aparılıb:

“Anastasiya Tatulova ilə bütün müqavilələrə xitam verildikdən dərhal sonra kafedə ona məxsus olan bütün əşyaları çıxarmağa, kafenin adını sökməyə başladıq. Buranın “Xankəndi kafesi” adlandırılması haqda qərara gəldik. Bu məsələ qanuni şəkildə öz həllini tapmalı, kafenin adı rəsmi olaraq patentləşdirilməlidir. Proses başa çatdıqdan sonra kafemiz rəsmi olaraq “Xankəndi kafesi” adlandırılacaq”.

Musavat.com-un əməkdaşları olaraq kafedə olduğumuz zaman şahidi olduq ki, bir çox əşyalar artıq kafedən çıxarılıb, bir küncdə isə məşhur #itiqovankimi həştəqi qeyd edilib.
Xatırladaq ki, bir neçə gün əvvələ qədər “Anderson” adlandırılan kafe Moskvada yaşayan və  biznes şəbəkəsi olan Anastasiya Tatilovaya məxsus idi. 2017-ci ildən fəaliyyət göstərən kafe bu müddət ərzində kifayət qədər nüfuz qazanaraq, müştəri cəlb edə bilib.

Lakin çox təəssüf ki, Bakıdan qazanc əldə edən Tatulova düşmən tərəfində olduğunu, terrorçu erməni ordusuna maddi yardım göstərmək istədiyini nümayiş etdirmişdi.

Onun bu addımından xəbər tutan hər bir azərbaycanlı və Azərbaycanın haqq savaşının yanında olanlar Tatulovanın sosial şəbəkədəki səhifəsinə yazaraq, onu terrora dəstək verməkdə qınayıb, Bakıdakı kafe şəbəkəsinin boykot edilməsi ilə bağlı çağırışlar etmişdilər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=22447