Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.08 $▲0.47%
  • WTI neft88.92 $▲0.76%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 888 $▼0.75%
  • Gümüş48.65 $▼3.17%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin67 511 $▼1.04%
  • Ethereum1 906 $▼1.13%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Qalmaqallı silah anlaşması: İsveçrə F-35 alacaq

image-isvicre-ile-abd-arasinda-36-adet-f-35-anlasmasi-yapildi-768x461
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 İsveçrə hökuməti ABŞ-la F-35A tipli döyüş təyyarələri almaq üçün müqavilə imzalayıb.

Busaat.az xəbər verir ki, bu barədə məlumatlar İsveçrə hökuməti tərəfindən təsdiqlənib.

Məlumata görə, İsveçrə Federal Silahlanma İdarəsi artıq 36 ədəd F-35A qırıcı təyyarəsi almaq üçün ABŞ tərəfi ilə razılıq əldə edib.

2027-ci ildə başlayacaq F-35A tədarükü 2030-cu ilə qədər davam edəcək və F-35A İsveçrə Hərbi Hava Qüvvələrində mövcud F/A-18 Hornets və F-5 Tigers təyyarələrini əvəz edəcək.

Ancaq İsveçrə hökumətinin bu qərarı ölkədə birmənalı qarşılanmayıb. Referendum prosesini gözləmədən müqavilə imzalanması tənqidlərə səbəb olub. Müxalifət partiyaları referendumun nəticələrini gözləmədən F-35A müqaviləsinin imzalanmasının qanunsuz olduğunu iddia edərkən, İsveçrə Parlamentinin Təftiş Komissiyası razılaşmanın “narahatedici” olduğunu, lakin “qanunlara zidd olmadığını” bildirib.

Qeyd edək ki, 2020-ci ildə İsveçrədə keçirilən referendumda ordunun modernləşdirilməsi təklifi səs çoxluğu ilə qəbul edilib. Ancaq modernləşmə çərçivəsində döyüş materiallarının hansı ölkələrdən alınacağı referendum mətnində göstərilməyib.

Referendumdan sonra hökumət ABŞ-dan 36 ədəd F-35A almaq üçün 6 milyard İsveçrə frankı (6,1 milyard dollar) dəyərində ilkin müqavilə imzalayıb. Bundan sonra müxalifət partiyaları, 2020-ci il referendumunda F-35A-ların alınacağına dair hər hansı bir şərtin olmadığı səbəbiylə məsələnin ictimai səsverməyə çıxarılmasını tələb edib. “F-35-ləri dayandırın” kampaniyası çərçivəsində imza toplayan müxalifət mayın 27-də referendum üçün lazım olan 100 min imzaya çatdıqlarını açıqlayıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=86012