
Qanlı Milad! Şəhər xarabalığa çevrilib: Ölənlər və yaralılar var
Yeni il ərəfəsində Rusiya-Ukrayna müharibəsi davam edir. Ukraynanın paytaxtı Kiyevə raket hücumları nəticəsində ölən və yaralananların olduğu bildirilib.
Busaat.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski hücumdan sonra açıqlama verib.
Zelenski axşam saatlarında Telegram hesabında paylaşdığı videomüraciətdə Rusiya ordusunun yenidən Ukraynaya raket zərbələri endirdiyini bildirib.
İlin son günündə, Yeni il ərəfəsində Rusiyanın Ukraynadakı mülki insanları raket hücumları ilə hədəfə aldığını bildirən Zelenski bu hücumları “terror hücumu” kimi qiymətləndirib. Zelenski deyib: “Bu cür hücumlar üçün əmr verən və həyata keçirənlər bağışlanmayacaq”.
Rusiya liderini (Vladimir Putin) ölkəsinə edilən hücumlara görə məsul tutan Zelenski əlavə edib: “Bu dünyada heç kim sizi bağışlamayacaq. Ukrayna isə, heç vaxt bağışlamayacaq”.
Rusiya qüvvələri tərəfindən Ukraynanın paytaxtı Kiyev başda olmaqla bəzi şəhərlərə raket hücumları həyata keçirildiyini təkrarlayan Zelenski, “Təəssüf ki, itkilər var” deyib.
Busaat.az























