Qanunsuz erməni silahlı dəstələrinin Füzuli istiqamətində təxribatının qarşısı alınıb

image-mudbackend
image-uzb_ads_desk

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni yaraqlılarının Füzuli istiqamətində təxribatının qarşısı alınıb.

Bu barədə Busaat.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

“Sentyabrın 9-u saat 17:25 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşaraq təxribat törətmək məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində təxribatın qarşısı dərhal alınıb”, – müdafiə qurumu qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki