
Qara dəniz taxıl təşəbbüsünün davam etdirilməsini səbirsizliklə gözləyirik - Ərdoğan
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə planlaşdırılan səfərini müzakirə etdiyini və bu görüşdən sonra taxıl müqaviləsinin davam etdiriləcəyinə ümid etdiyini açıqlayıb.
” Ümid edirik ki , yaxın gələcəkdə ya telefon diplomatiyası vasitəsilə , ya da artıq müzakirə etdiyimiz Türkiyə səfəri nəticəsində bu məsələni cənab Putinlə müəyyən nöqtəyə çatdıracağıq “, – Ərdoğan bildirib .
Əərdoğan qeyd edib ki, avqustda Türkiyəyə planlaşdırılan səfəri zamanı Putinlə müzakirələrdən sonra Qara dəniz taxıl təşəbbüsünün davam etdirilməsini səbirsizliklə gözləyir.
“ Əgər cənab Putinin avqustda planlaşdırılan səfəri baş tutsa , biz bu məsələləri ətraflı müzakirə edəcəyik. İnanıram ki , biz bu prosesi gecikdirmədən Qara dəniz taxıl təşəbbüsünün həyata keçirilməsinin davam etdirilməsini təmin edəcəyik ”, – Ərdoğan deyib.
Qeyd edək ki, taxıl sazişi iyulun 18- də dayandırılıb.
Busaat.az























