“Qarabağ” ardıcıl 7-ci dəfə qrupda!

“Qarabağ” ardıcıl 7-ci dəfə qrupda!backend

“Qarabağ” bu gün Avropa Liqasında pley-off mərhələsinin oyununa çıxıb.

Busaat.az xəbər verir ki, Ağdam klubu səfərdə Polşa “Legiya”sı ilə qarşılaşıb. Varşavanın “Voyska Polskoqo” stadionunda keçirilən görüş təmsilçimizin inamlı qələbəsi ilə başa çatıb – 3:0.

Bununla da Qurban Qurbanovun komandası Avroliqanın qrup mərhələsinə yüksəlib. “Qarabağ” ümumilikdə arıdıcıl 7-ci ildir ki, avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanır. Ağdam təmsilçisi bunadək 1 dəfə Çempionlar Liqasının, 5 dəfə isə Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb.

1 oktyabr

22.00. “Legiya” (Polşa) – “Qarabağ” (Azərbaycan) – 0:3
Qollar: Patrik Andrade, 50, Abdullah Zubir, 62, Filip Ozobiç, 69
Baş hakim: Tobias Ştiler (Almaniya)

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90