Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft89.77 $▼2.92%
  • WTI neft83.86 $▼1.04%
  • Avropa qazı (TTF)82.53 €▼3.45%
  • Təbii qaz (ABŞ)3.254 $▲2.91%
  • Qızıl3 771 $▼0.41%
  • Gümüş45.63 $▼0.39%
  • Pambıq81.04 ¢▼0.41%
  • Buğda602.75 ¢▼0.41%
  • Bitcoin64 019 $▼1.32%
  • Ethereum1 794 $▼1.60%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İdman

"Qarabağ" bizə azadlıq dərsi keçdi" - Xorxe Sampaoli

image-160365_whw4z9sbwu
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“İndiki futbolda ən vacibi qələbə qazanmaqdır. Oyunların məzmununu, demək olar ki, izləmirik. Nəyin bahasına olursa-olsun qələbə arzusunun olduğu bir vaxtda vurduğu qolu ləğv etdirən “Qarabağ”ı təbrik etdim”.

Busaat.az xəbər verir ki, bu sözləri Fransanın “Marsel” klubunun baş məşqçisi Xorxe Sampaoli “Lephoceen” nəşrinə açıqlamasında deyib.

Konfrans Liqasının 1/16 finalının “Qarabağ”la cavab matçında Ağdam klubunun göstərdiyi feyr-pley nümunəsini xatırlayan argentinalı mütəxəssis qeyd edib: “Qarabağ” bizə azadlıq dərsi keçdi. Onlar sərbəst futbol oynadılar, nəticəyə çox önəm vermədilər. “Qarabağ” bunu bizdən əvvəl də edirdi. Bizim isə yeni formalaşan heyətimiz var. Buna görə bəzi çətinliklərimiz ola bilər”.

Xatırladaq ki, “Qarabağ”ın Bakıda “Marsel”ə 0:3 hesabı ilə uduzduğu görüşün ilk hissəsində İbrahima Vadji qonaqların qapısına əllə qol vurub. Hakim qolu qeydə alsa da, “Qarabağ”ın baş məşqçi Qurban Qurbanov hücumçu ilə söhbətləşdikdən sonra referiyə qolun əllə vurulduğunu deyib və nəticədə qol hesaba alınmayıb. İlk oyunda da rəqibinə 1:3 hesabı ilə uduzan “Qarabağ” avrokuboklarda mübarizəni dayandırıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=72437