Qarabağ qazisi, Lerik rayon İcra Hakimiyyətindən və məsul şəxlərindən ŞİKAYƏTÇİDİR

Qarabağ qazisi, Lerik rayon İcra Hakimiyyətindən və məsul şəxlərindən ŞİKAYƏTÇİDİRbackend

Busaat.az  xəbər verir ki, Lerik rayon sakini Qarabağ qazisi, rayon İcra Hakimiyyətindən və məsul şəxlərindən şikayətlənir.

Qazinin şikayətinə heç bir şərh vermədən yanlışlıkları redaktə etməklə təqdim edirik.

“Dövlətə xəyanət;
Salam Qarabağ qazisiyəm. 1992-ci ildə Fizulidə iki dəfə yaralanmışam. Həyat yoldaşım 2008-ci ildən məşqulluq mərkəzində işsiz kimi qeydiyatda idi. Nəhayət 2018-ci ildə Lerik rayonunda 2 saylı körpələr evinin açılışı oldu.

Yoldaşım əvvəlcə dayə-xadimə işləyirdi. Sonra boş yer olduğundan paltaryuyan işi ilə əvəz olundu. Öz xahişimizlə körpələr evi ləğv edilmiş baxçalar hesabına fəaliyyət göstərdiyindən əmək haqqı 75 ödənilirdi. 2020-ci ildə körpələr evinin yeni ştatları gəldi, bir çoxları rüşvət verib akladlarını tam etdilər mənə isə demədilər. Çunki banka borcum çox idi, kredit verməzdilər.

İşi alanda qardaşım öz adına 1000 manat götürmüşdü. Ona görə də həmin 0.25- i satdılar. Lerik rayon İcra Hakimiyyətində şöbə müdiri işləyən, Ermənistanda qondarma soyqırım abidəsini ziyarət edib, erməni bayrağını öpən məmura dəstək olaraq, onun əmisi qızına. Həyat yoldaşı da İcra Hakimiyyətində şöbə müdiri işləyir. Lerik rayon İcra Hakimiyyətində rüşvət yığmaqla bir çox Lerikli məmurlar var ki, onlar dövlətimizə, Prezidentə yalan məlumatlar verir. 2020 – ci ilin yanvarından dəfələrlə şikayət etsəm də xeyri yoxdu.

Kül olsun o, məmurun başına ki, qazinin 50 manatında gözu var.

Ən çox mənə təsir edən isə qazinin pulunu kəsib erməni bayrağını öpən məmurun qohumuna iş yeri yaratmaqdı. Bu bütün şəhid ailələri qazilərə dövlətimizə təhqirdi. Lerik rayonunda xalqı heç kim düşünmür, iş yeri olanda ilk növbədə məmurlar öz qız-gəlinlərini, qohumlarını yerləşdirir ki, rüşvət verəndə səsləri çıxmasın.

Hörmətlə Lerik rayon sakini Qarabağ qazisi Məmmədov Üzeyir Cavanşir oglu.

Yenigündəm

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90