Qarabağ sakinləri İrəvandan qovulur: qadınları 10 dollara… – VİDEO

Qarabağ sakinləri İrəvandan qovulur: qadınları 10 dollara… – VİDEObackend

Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalif Vətəni Xilas Hərəkatının üzvləri və tərəfdarları hökumət binasına doğru irəliləyir.

Busaat.az xəbər verir ki, gecəni çadırlarda keçirən etirazçıların digər qrupu Respublika Meydanında onları gözləyir.

Baqramyan prospektində süpürgəçi qadın etirazçıları Qarabağ sakinləri zənn edərək onlara hücum çəkib: “Buradan çıxın, evsizlər. 5 min dram (təxminən 10 dollar – red.) müqabilində qadınlar mitinqə gedirlər. Qarabağa gedin, orada bizim uşaqlar döyüşür, siz yox”.

Opera binasının yaxınlığında isə başqa bir qadın etirazçıları təhqir edib. O, iştirakçıları “həyasız” adlandırıb.Bundan əvvəl müxalifət parlament binasının qarşısında baş nazirin istefası tələbi ilə etiraz aksiyası keçirmişdi.

Publika.az

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki