Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 614 $▲0.79%
  • Ethereum1 815 $▲2.66%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Qarabağ Universitetində Tibbi və Psixoloji Dayanıqlılıq layihəsinə start verildi – FOTO

image-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
4-5 mart tarixlərində Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) təşkilatçılığı ilə Qarabağ Universitetində “Müxtəlif Mühitlərdə Tibbi və Psixoloji Dayanıqlılıq” mövzusunda layihəyə start verilib.
Medicina.az bildirur ki, tədbirin əsas məqsədi tələbələr üçün motivasiya, adaptasiya və stressin idarə edilməsi kimi mühüm mövzularda bilik və bacarıqların artırılması olub.
Tədbirdə Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva açılış nitqi ilə çıxış edərək qonaqlara və iştirakçılara Qarabağ Universitetinin rektoru Şahin Bayramovun salamlarını çatdırıb. Aytən Quliyeva bildirib ki, Qarabağ Universiteti tələbə gənclərin inkişafı, onların sağlam və bilikli vətəndaşlar kimi yetişməsi istiqamətində həyata keçirilən bütün faydalı təşəbbüslərə və əməkdaşlıqlara önəm verir.
Seminarda AKHA sədri Oktay Mehdiyev layihənin əhəmiyyətindən danışaraq Qarabağ Universitetində belə təşəbbüslərin keçirilməsinin bölgədə səhiyyə və psixoloji dəstəyin inkişafına töhfə verəcəyini vurğulayıb. Daha sonra Aytəkin Haşımova layihənin mahiyyəti, seminarın proqramı və tədris olunan modullar haqqında geniş məlumat təqdim edib.
Seminarda çıxış edən psixoloq Ramidə Oktayqızı isə motivasiya, adaptasiya və stressin idarə edilməsi kimi mühüm mövzulara toxunub. O, iştirakçılara müxtəlif sosial və peşə mühitlərində psixoloji dayanıqlılığın qorunması üçün praktik üsullar təqdim edib.
İki gün davam edən tədbirdə iştirakçılar müxtəlif interaktiv müzakirələr aparıb, psixoloji və peşəkar inkişaf üçün vacib biliklər əldə ediblər. Seminar çərçivəsində təqdim olunan bilik və təcrübələrin səhiyyə sahəsində fəaliyyət göstərən mütəxəssislərə və tələbələrə gələcək fəaliyyətlərində dəstək olacağı bildirilib.
Azərbaycan Könüllü Həkimlər Assosiasiyası gələcəkdə də bu kimi maarifləndirici tədbirlərin davam etdiriləcəyini nəzərdə tutulub.
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=160191