Qarabağdan dəhşətli xəbər gəldi: Ölənlər görün kim imiş

image-1710001393_tecil_a_1710004546-fullbackend

Cəbrayıl rayonunun Marallı kəndində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən və yaralanan şəxslərin kimliyi məlum olub.

Busaat.az xəbər verir ki, qəza nəticəsində müxtəlif bədən xəsarətləri alaraq Füzuli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən şəxslər Xırdalan şəhər sakini, 1993-cü il təvəllüdlü Cabbarlı Turan Fuad oğlu, Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Fərzəli Üzeyir Faiq oğlu və Laçın rayon sakini, 2000-ci il təvəllüdlü Məhərrəmov Elvin Natiq oğludur.

Hadisə zamanı dünyasını dəyişən 3 nəfər isə Tovuz rayon sakinləridir.

Onlar Tovuzun Cilovdarlı kənd sakini, 1992-ci il təvəllüdlü Əliyev Etibar Fərhad oğlu, Çaxırlı kənd sakini, 1999-cu il təvəllüdlü Mehtiyev Mehti Vüqar oğlu və Tovuz şəhər sakini, 2001-ci il təvəllüdlü Cəfərov Əli Elşən oğludur.

Qəza zamanı ölən və yaralananların işğaldan azad edilən ərazilərdə tikinti-bərpa işlərində çalışdıqları bildirilir.

Qeyd edək ki, yol qəzasında 3 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.Referans.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki