Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft91.96 $▼0.55%
  • WTI neft84.20 $▼0.64%
  • Avropa qazı (TTF)86.40 €▲1.08%
  • Təbii qaz (ABŞ)3.173 $▲0.35%
  • Qızıl3 783 $▼0.11%
  • Gümüş46.01 $▲0.43%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda605.00 ¢▼0.04%
  • Bitcoin64 555 $▼0.49%
  • Ethereum1 808 $▼0.79%
  • S&P 5007 341▼1.07%
12°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Qarabağdan Ermənistana köçənlər etiraz aksiyası keçirdi

image-aksiya
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanın öz tarixi torpaqlarını azad etməsi ilə bu ərazilərdən Ermənistana köçən ermənilər növbəti dəfə etiraz aksiyası keçirib.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı “Aysor.am” yayıb.

Məlumata əsasən, aksiya Ermənistanın hökumət binası qarşısında keçirilib. Qarabağdan köçən ermənilər gələcək həyatları barədə Ermənistan hökumətinin hər hansı bir tədbir görməməsindən şikayətçidirlər.

“Hər şeydən əvvəl bizi bizim status məsələmiz narahat edir. Çünki Ermənistan vətəndaşı hesab olunmuruq. Bu gün biz kim olduğumuzu bilmirik. Bizim öhdəliyimiz olsa da, heç bir hüququmuz yoxdur. Tezliklə qış gəlir, amma bizə mənzil verilməsi məsələsində heç bir irəliləyiş yoxdur. Artıq iki aydır ki, bizə heç bir sosial yardım göstərilmir. Bizə artıq müavinət vermirlər. Xalq öz gələcək taleyinin necə olacağını bilmək istəyir”, – deyə etirazçılardan biri deyib.

Aksiya iştirakçılarının sözlərinə görə, daha əvvəl bir çox rəsmi şəxslərlə görüşlər keçirilib və yardım ediləcəyi vəd edilib: “Lakin bu məsələdə heç bir irəliləyiş yoxdur”.

Qeyd olunub ki, Qarabağdan Ermənistana köçən ermənilər hökumətin onlara qarşı münasibətindən inciyiblər və bu səbəbdən ölkəni böyük templərlə tərk etməyə başlayıblar: “3000 Hadrut sakini Ermənistanı tərk edib. Daha 500 nəfər bu cür münasibətə görə ölkədən getdi. Əgər hər şey belə davam edərsə, mən də bir aydan sonra gedəcəyəm. Ölkədən gedənlər əsas olaraq gənclərdir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=59399