“Qarabağı tanıyacağıq”: Ermənistan prezidenti Azərbaycanı şantaj etdi

“Qarabağı tanıyacağıq”: Ermənistan prezidenti Azərbaycanı şantaj etdibackend

Ermənistan prezidenti Armen Sarkisyan Azərbaycanı şantaj edərək İrəvanın Dağlıq Qarabağı (işğal edilən Azərbaycan torpağı) tanıyacağını deyib.

Busaat.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.

“Dinc danışıqların mümkünlüyünü təmin etmək üçün biz sülh danışıqlarına inanırıq. Hazırda beynəlxalq birlik haradadır? BMT haradadır? Digərləri haradadır? Bu baxımdan Bakının dedikləri bizim üçün tamamilə qəbuledilməzdir. Həm də Türkiyənin bugünkü müharibədə iştirak etdiyini vurğulayıram”. Ermənistan prezidenti Çinin “Caixin Media” nəşrinə verdiyi müsahibəsində belə deyib.

“İrəvan danışıqlara türk hərbçiləri Azərbaycan ərazisini tərk etdikdə və dəstəklərini yalnız humanitar sahə, təhsil və elmlə məhdudlaşdırdıqda qayıdacaq. Nə qədər ki, Türkiyə münaqişədə iştirak edir, danışıqlar mənasızdır”. Sarkisyan vurğulayıb.

Haşiyə: Sarkisyanın dediklərini olduğu kimi verməkdə məqsədimiz odur ki, Ermənistanın siyasi rəhbərliyi cəbhədə uduzduqlarının günahını Türkiyənin boynuna yıxmağa çalışır. Rəsmi Bakı isə belə mənasız açıqlamalara cavab vermək əvəzinə müharibədə uğurlarını davam etdirir və işğalda olan torpaqlarını geri qaytarır.

30 ildir ki, dədə-baba yurdlarımızda oturanda nə beynəlxalq birlik, nə də BMT yada düşürdü…

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90