“Qarabağ”ın növbəti rəqibi müəyyənləşdi – Çempionlar Liqası

“Qarabağ”ın növbəti rəqibi müəyyənləşdi – Çempionlar Liqasıbackend

Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Busaat.az xəbər verir ki, səpələnmişlər səbətində yer alan təmsilçimiz “Qarabağ”ın da rəqibi müəyyənləşib.

Ağdam klubu bu mərhələdə Norveç təmsilçisi “Molde” ilə qarşılaşacaq. İlk iki oyunu evdə keçirən “Qarabağ” bu rəqibi ilə də Bakıda qarşılaşacaq.

Qeyd edək ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin oyunları 15-16 sentyabr tarixlərində keçiriləcək.

Əlavə edək ki, son Norveç çempionu ÇL-də ilk mərhələdə “Kuopio”ya (Finlandiya) evdə 5:0, ikinci mərhələdə isə səfərdə “Tsele”yə (Sloveniya) 2:1 hesabı ilə qalib gəlib. Hazırda davam edən ölkə çempionatında 16 turdan 34 xalla ikinci yeri tutur. Onlar 15 matçda 41 xal toplayan lider “Bodoe”dən 7 xal geri qalır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90