Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.23 $▼4.59%
  • WTI neft81.48 $▼3.85%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.353 $▲6.04%
  • Qızıl3 742 $▼1.18%
  • Gümüş45.01 $▼1.75%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda588.00 ¢▼2.85%
  • Bitcoin63 161 $▼2.64%
  • Ethereum1 772 $▼2.78%
  • S&P 5007 350▲0.13%
9°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Cəmiyyət

“Qardaşım evi satdı, həyat yoldaşım boşandı, qızım isə…” – Siyavuş Aslanın oğlu

image-1548398945_siyavus-oglu
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Küçədə yaşayıram, evim yoxdur. Kiçik qardaşım Amerikada yaşayır, ancaq mənə dəstək olmur”.

Busaat.az xəbər verir ki, bu sözləri teleqraf.com-a açıqlamasında mərhum xalq artisti Siyavuş Aslanın səfil həyatı yaşayan oğlu Çingiz Aslan deyib:

“Atam o vaxt mənə demişdi ki, özünə gün ağla, heç kimə ümid olma. Düz deyirmiş. Onu da deyirdi ki, nə qədər ki, sağam, evdə otur, mən baxacam. Bizim evimiz vardı, qardaşım evi satdı. Onunla bir ildir ki, əlaqəmiz yoxdur. Deyir ki, maddi imkanı yoxdur. Amma imkanı olmayan adam Amerikaya necə gedib. Küçədə gecələyirəm. Hazırda heç kim yardım etmir”.

Çingiz Aslan “Ailəniz xoşbəxt idi” sualına isə “Bəli, ilk əvəllər yaxşı idi. Sonra həyat yoldaşım ayrıldı və başqasıyla evləndi. Qızım ailə qurub və həyat yoldaşı ilə xaricdə yaşayır. Onun həyat yoldaşı diplomatdır. Bir-birini çox sevirlər. Həyat yoldaşı qızıma “Mercedes” markalı avtomobil alıb”, – deyə cavab verib.

O, “Qızınız sizi axtarırımı” sualına isə belə cavab verib: “Qızımla əlaqə yoxdur. Bilmirəm ki, kimə müraciət edim. Həyat yoldaşım qızımı uşaqlıqdan aparıb. Bu işləri Xoşqədəm Hidayətqızı yaxşı bilir. Qızımı tapmaq üçün Xoşqədəm Hidayətqızına müraciət etsəm kömək edər”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=104480