
Qazaxıstan Almaniyaya 890 min ton neft göndərəcək
Qazaxıstan cari ilin sonuna qədər Almaniyaya ən azı 890 min ton neft ixrac edəcək.
Busaat.az xəbər verir ki,bu barədə Qazaxıstan Milli Neft və Qaz Şirkəti məlumat yayıb.
Açıqlamada bildirilib ki, şirkətin Direktorlar Şurasının sədri Maqzum Mirzəqaliyev Almaniyada təmaslar qurub.
Mirzəqaliyev iki ölkə arasında xam neft tədarükünə dair müqavilənin Almaniya Prezidenti Frank Valter Ştaynmayerin iyun ayında Qazaxıstanın paytaxtı Astanaya rəsmi səfəri çərçivəsində imzalandığını xatırladıb və deyib: “2023-cü ildə Almaniyaya tədarük edəcəyimiz neftin ümumi həcmi ən azı 890 neftdir. Biz min tona çatmağı planlaşdırırıq”.
Bundan başqa, Mirzəqaliyev Qazaxıstanın bu ilin ilk 7 ayında Drujba neft kəməri ilə Almaniyaya 390 min ton neft ixrac etdiyini açıqlayıb.
Danışıqlar zamanı Almaniya tərəfi Qazaxıstandan tədarük olunan neftin həcmini artırmaq əzmində olduqlarını təsdiqləyib.























