
Qazaxıstan Almaniyaya neft nəqlinə başlayıb
Qazaxıstan Almaniyaya 20 min ton neft göndərib.
Busaat.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Neft Nəqliyyatı Şirkəti açıqlama verib.
Şirkətdən verilən açıqlamaya görə, fevralın 25-də Almaniyaya ixrac üçün 20 min ton Qazaxıstan neftinin Polşa sərhədindəki Adamova Zastava neft terminalına göndərildiyi bildirilib.
Açıqlamada qeyd olunur ki, neftin Adamova Zastava terminalına ötürülməsi üçün Rusiyanın neft və qaz nəqli şirkəti Transneft-in boru kəmərlərinə neft vurulub.
Bundan əlavə, “KazTransOil” 2023-cü ildə eyni marşrutla 1,2 milyon ton Qazaxıstan neftinin Almaniyaya göndərilməsi üçün “Transneft”lə razılığa gəlib.
“KazTransOil”, həmçinin bu ilin birinci rübündə Almaniyaya 300 min ton neft göndərməyi planlaşdırdıqlarını bildirib.
Busaat.az























