Qazaxıstan avqustda Türkiyənin “Anka” pilotsuz təyyarəsini öz arsenalına daxil edəcək

image-default-79backend

Türkiyənin “Anka” pilotsuz uçuş aparatının sınaqları Qazaxıstanın Chambil bölgəsində keçirilir və avqust ayından o, qoşunların arsenalına daxil ediləcək.

Busaat.az xəbər verir ki, bu  barədə Qazaxıstan Müdafiə Nazirliyinin “Sarbaz” nəşri məlumat yayıb.

“Sınaq uçuşları ilk mərhələlərdən biridir. Problem kompleksi yoxlamaqdır”, – qəzet Qazaxıstan Silahlı Qüvvələrinin PUA-larının döyüş hazırlığı və döyüş istifadəsi üzrə təlim mərkəzinin rəhbəri Şohan Musabekovun sözlərindən sitat gətirib.

Məlumata görə, sınaqlarda respublikanın hərbi hissələrindən birinin uçuş və mühəndis heyəti, “Turkish Aerospace Industries” şirkətinin nümayəndələri iştirak edir.

Bundan əvvəl Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi bildirmişdi ki, mayın 10-da Ankarada Qazaxıstan Mühəndislik və Türk Aerokosmik şirkətləri arasında hərbi-texniki əməkdaşlıq memorandumu imzalanıb. Sənədə əsasən, Qazaxıstanda “Anka” hücum pilotsuz təyyarələrinin yığılması və texniki xidmət göstərilməsi üçün istehsal xətləri təşkil olunacaq.

Qeyd edək ki, “Anka”  təyyarəsinin qanadlarının uzunluğu 17,5 metr, uzunluğu 8,6 metr, hündürlüyü isə 3,2 metrdir. Qurğunun çəkisi 1,7 tondur, dron 350 kiloqram yük daşıya bilir və 30 saata qədər havada qala bilir. Ankanın kruiz sürəti saatda təxminən 200 kilometrdir, 9,1 min metr yüksəkliyə qalxa bilir.

Busaat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki