
Qazaxıstan hökuməti 2024-cü ildə ÜDM-in 5,3% artacağını proqnozlaşdırır
Qazaxıstan hakimiyyəti 2024-cü ildə milli ÜDM-in real artımının 5,3% təşkil edəcəyini proqnozlaşdırır.
Busaat.az xəbər verir ki, bu barədə Milli İqtisadiyyat naziri Alibek Kuantırov bildirib.
Qazaxıstanın 2024-2028-ci illər üçün sosial-iqtisadi inkişaf perspektivlərini təqdim edən nazir deyib: “2024-cü ildə ÜDM-in real artımı, proqnozlara görə, 5,3% təşkil edəcək, 2028-ci ildə isə 6%-ə çatacaq”.
Hökumət beş il ərzində ÜDM-in orta illik artımının 5,8% olacağını təxmin etdi. İnflyasiya 2024-cü ildə 6-8%, 2025-ci ildə isə 5.5-7.5% səviyyəsində olacaq, 2026-2028-ci illərdə daha da 5%-ə enəcək.
Nazir əlavə edib ki, proqnoz beynəlxalq maliyyə institutlarının qlobal iqtisadi artımla bağlı gözləntiləri və beynəlxalq bazarlardakı vəziyyət nəzərə alınmaqla formalaşıb.























