Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 897 $▲1.23%
  • Ethereum1 822 $▲3.05%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Qazaxıstan Prezidenti: “Müstəqilliyimizi bütün üsullarla müdafiə etməyə hazırıq”

image-tokayev
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Biz müqəddəs müstəqilliyimizi və milli maraqlarımızı təkcə diplomatiyanın köməyi ilə deyil, daha sərt üsullarla da müdafiə etməyə hazırıq”.

Busaat.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım Comərt Tokayev deyib.

Qazaxıstanın cənub-qərbində, Xəzər dənizinin sahilində yerləşən Manqistau vilayətinin inzibati mərkəzi Aktau şəhərinə işgüzar səfər edən Tokayev bölgə əhalisi ilə görüşüb. Görüş zamanı çıxış edən Tokayev bildirib ki, 2018-ci ildə Aktauda keçirilən son sammitdə Xəzərin hüquqi statusu ilə ölkənin sərhəd problemlərinə son qoyulub. Hazırda Qazaxıstanın bütün dövlət sərhədlərinin qanuni olaraq müəyyən edildiyini qeyd edən Tokayev, “Keçmiş sovet ölkələrinin əksəriyyətində (bu məsələ ilə bağlı) hələ də müxtəlif fikir ayrılıqları var. Hətta ən yaxın qonşularımızın sərhədlərində də müharibələr, silahlı münaqişələr var” – deyə, əlavə edib.

Seçkilərə az qalmış Qazaxıstanda dövlətin informasiya sistemlərinə hücumların daha çox artdığına diqqət çəkən Tokayev bildirib: “Dezinformasiyanın yayılmasının qarşısını alacağıq. Mən bunu əvvəllər demişəm. Biz müqəddəs müstəqilliyimizi və milli maraqlarımızı təkcə diplomatiya ilə deyil, daha sərt üsullarla da müdafiə etməyə hazırıq”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=89914