Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.63 $▲0.97%
  • WTI neft85.10 $▲0.11%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.178 $▲2.95%
  • Qızıl3 797 $▼2.06%
  • Gümüş46.00 $▼3.13%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda607.50 ¢▲1.33%
  • Bitcoin64 513 $▼0.56%
  • Ethereum1 809 $▼0.78%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Dünya

Qazaxıstan Prezidenti ölkədəki etirazla bağlı tapşırıq verdi - Fotolar + Video

image-qazax
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Qazaxıstanın Manqistau vilayətinin Aktau, Janaozen və bir neçə rayonunda yanvarın 3-dən kütləvi etiraz aksiyaları keçirilir.

Busaat.az-ın Qazaxıstan mediasına istinadən məlumatına görə, buna səbəb nəqliyyat vasitələri üçün maye qazın kəskin bahalaşması olub.

Etirazçıların sözlərinə görə, yanvarın 1-dən maye qazın bir litrinin qiyməti 120 təngəyə (0,27 dollar) qalxıb, sakinlər onun 60 təngəyə (0,13 dollar) endirilməsini tələb edirlər.

Əlverişsiz hava şəraitinə görə etirazçılar böyük çadırlar quraraq orada gecələyiblər.

Yüzlərlə insan hökumət qarşısında 3 tələb irəli sürüb: qazın qiyməti 1 litr üçün 60 təngəyə endirilsin; tarlalarda yeni işçilərin işə götürülməsinə qoyulan moratorium (mülki hüquqda hökumət tərəfindən müəyyən edilmiş öhdəliyin müəyyən müddətə və ya hansısa fövqalədə hadisənin sonuna qədər yerinə yetirilməsinin təxirə salınması – red.) aradan qaldırılsın, ərzaq qiymətləri aşağı salınsın.

Ölkənin Energetika Nazirliyi açıqlamasında bildirib ki, qazın qiymətini indi tələb və təklifə uyğun olaraq bazar özü formalaşdıracaq. Akimat (regional icra orqanı –red.) qaz qiymətlərinin tənzimlənməsində iştirak etmir, çünki bu məhsul rəqabət mühitinə aiddir. Eyni zamanda, fərdi sahibkarlar tərəfindən əsassız olaraq qiymət artımı faktları baş verdikdə, Rəqabətin Müdafiəsi Agentliyinin şöbəsi tərəfindən inzibati tədbirlər görülür.

Etirazlar fonunda Baş nazir Əsgər Maminin sərəncamı ilə Manqistau vilayətində sosial-iqtisadi vəziyyətə baxılması üçün hökumət komissiyası yaradılıb.

Prezident Kasım -Jomart Tokayev isə öz tvitter hesabında yazıb ki, Aktauda Prezident Administrasiyasının üzvləri də daxil olmaqla hökumət komissiyası öz işinə başlayıb.

“Komissiyaya tapşırılıb ki, ölkəmizdə sabitlik maraqları naminə problem məqbul həllini tapsın. Hüquq-mühafizə orqanlarına ictimai asayişin pozulmamasını təmin etmək tapşırılıb. Nümayişçilər məsuliyyətli olmalı və dialoqa hazır olmalıdırlar”, – deyə Tokayev vurğulayıb.

 





MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=67461