Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 772 $▼3.59%
  • Ethereum1 844 $▼4.32%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Qazaxıstan Rusiya və Ukraynanı münaqişəni sülh yolu ilə həll etməyə çağırır – XİN

image-qazaxistan-muxtar-tileuberdi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Qazaxıstan həm Rusiya, həm də Ukrayna ilə dostluq münasibətləri saxlayır və müntəzəm olaraq ölkələri münaqişəni diplomatik yolla həll etməyə çağırır.

Busaat.az xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberdi bazar günü Yaponiyanın NHK telekanalına müsahibəsində bildirib.

“Rusiya və Ukrayna Qazaxıstan üçün tarixən dost dövlətlərdir. Prezident Qasım Comart Tokayev mütəmadi olaraq hər iki ölkənin liderləri ilə əlaqə saxlayır, onları hazırkı münaqişənin sülh və diplomatik yolla həllini tapmaq üçün danışıqlar masası arxasına oturmağa çağırır” – deyə, nazir qeyd edib.

O bildirib ki, Rusiya və Qazaxıstanı sıx iqtisadi əlaqələr birləşdirir və buna görə də anti-Rusiya sanksiyaları Qazaxıstan iqtisadiyyatına mənfi təsir göstərir.

Nazir bildirib ki, Qazaxıstan çoxtərəfli və balanslaşdırılmış diplomatiya aparır, eyni zamanda Rusiya, Çin, Mərkəzi Asiyanın qonşu dövlətləri, eləcə də Avropa İttifaqı, Böyük Britaniya, ABŞ və Yaponiya ilə əlaqələr qurur.

“Biz Qazaxıstanın nəqliyyat və logistika potensialının inkişafına böyük diqqət yetiririk və Avropa ilə Asiyanı birləşdirən qovşaq olmaq üçün investorları cəlb etməyi gözləyirik” – deyə, qazax nazir deyib.

Tileuberdi Yaponiya ilə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək niyyətini açıqlayaraq Astana və Tokio arasında münasibətləri strateji tərəfdaşlıq adlandırıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=95230