
Qazaxıstanda prezident seçkilərinin qalibi AÇIQLANDI
Qazaxıstanda keçirilən prezident seçkilərində Qasım Comərt Tokayev 81,31% səs toplayaraq qalib gəlib.
Busaat.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov brifinqdə səsvermənin yekun nəticələrinə istinad edib:
“Qasım Comərt Tokayev 6 milyon 456 min 392 səs və ya 81,31% səs toplayıb”. Məlumata görə, seçici fəallığı 69,44% təşkil edib.
Qeyd edək ki, Auyl Xalq Demokratik Vətənpərvərlər Partiyasının namizədi Jiquli Dairbayev 3,42% səslə ikinci olub. Seçicilərin 5,8%-i “heç kimə səs vermirəm” variantını seçib.
Busaat.az























