Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.63 $▲0.97%
  • WTI neft85.10 $▲0.11%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.178 $▲2.95%
  • Qızıl3 797 $▼2.06%
  • Gümüş46.00 $▼3.13%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda607.50 ¢▲1.33%
  • Bitcoin64 513 $▼0.56%
  • Ethereum1 809 $▼0.78%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Dünya

Qazaxıstanda qazı bahalaşdıran zavod direktoru saxlanıldı

image-hebs
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Qazaxıstanın Manqistau vilayətinin Janaozen rayonundakı “Kazak qaz ondeu” təbii qaz emalı zavodunun direktoru saxlanılıb.

Busaat.az xəbər verir ki, bu barədə “Zakon.kz” məlumat yayıb.

Direktorla birlikdə maye qazın elektron ticarəti bölməsinin rəhbəri də saxlanılıb.

Məlumata görə, zavod direktoru heç bir səbəb olmadan təbii qazın qiymətini bahalaşdırıb.

Bildirilir ki, sözügedən zavod Manqistau vilayətini və Qazaxıstanın əsas hissəsini maye qazla təmin edir. Maliyyə Monitorinqi Agentliyi bu faktla bağlı araşdırma aparır.

Qeyd edək ki, Manqistau vilayətinin Aktau, Janaozen və bir neçə rayonunda yanvarın 2-dən kütləvi etiraz aksiyaları keçirilir. Buna səbəb nəqliyyat vasitələri üçün maye qazın kəskin bahalaşması olub. Etirazçıların sözlərinə görə, yanvarın 1-dən maye qazın bir litrinin qiyməti 120 təngəyə (0,27 dollar) qalxıb, sakinlər onun 60 təngəyə (0,13 dollar) endirilməsini tələb ediblər.

Etirazlardan sonra maye qazın qiyməti 50 təngəyə (0,11 dollar) endirilib. Lakin buna baxmayaraq aksiyalar davam edir. Bu gün isə Qazaxıstan hökuməti istefaya gedib. Almatı şəhəri və Manqistau vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=67536