Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
14°Bakı
  • USD1.7000
  • EUR1.8669▲0.0003
  • 100 RUB2.0809▲0.0072
  • GBP2.2284▲0.0001
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2547▼0.0001
  • GEL0.6566▲0.0002
  • 100 KZT0.3732▼0.0045
  • UAH0.0378
  • 100 JPY1.0693▲0.0011
  • CHF2.0244▲0.0058
  • USD1.7000
  • EUR1.8669▲0.0003
  • 100 RUB2.0809▲0.0072
  • GBP2.2284▲0.0001
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2547▼0.0001
  • GEL0.6566▲0.0002
  • 100 KZT0.3732▼0.0045
  • UAH0.0378
  • 100 JPY1.0693▲0.0011
  • CHF2.0244▲0.0058
  • USD1.7000
  • EUR1.8669▲0.0003
  • 100 RUB2.0809▲0.0072
  • GBP2.2284▲0.0001
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2547▼0.0001
  • GEL0.6566▲0.0002
  • 100 KZT0.3732▼0.0045
  • UAH0.0378
  • 100 JPY1.0693▲0.0011
  • CHF2.0244▲0.0058
  • USD1.7000
  • EUR1.8669▲0.0003
  • 100 RUB2.0809▲0.0072
  • GBP2.2284▲0.0001
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2547▼0.0001
  • GEL0.6566▲0.0002
  • 100 KZT0.3732▼0.0045
  • UAH0.0378
  • 100 JPY1.0693▲0.0011
  • CHF2.0244▲0.0058
Gündəm

Qazilərin protezlərlə təminatında problem var? - Rəsmi açıqlama

Qazilərin protezlərlə təminatında problem var? - Rəsmi açıqlama
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Vətən müharibəsində iştirak etmiş bəzi qazilərin protezlərlə təminatında problemlərinin olmasına dair səsləndirilən fikirlərə münasibət bildirib. Agentlikdən daxil olan məlumatda bildirilir ki, qazilərimizin protezlərlə təminatı ilə bağlı problemin olması barədə qeyd edilənlər yanlışdır və məlumatsızlıqdan irəli gəlir: “Bu sahədə, həmçinin Vətən müharibəsində xəsarət almış qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatında hər hansı çatışmazlıq özünü göstərmir. Belə ki, yüksək texnologiyalı protezlərlə təminata ötən ilin dekabrından başlanıb və artıq 17 qazi yüksək texnologiyalı protezlə təmin olunub. Bu proses davam etməklə yanaşı, yuxarı ətrafların yüksək texnologiyalı protezlərlə təminatına da başlanıb. Aşağı və yuxarı ətrafların yüksək texnologiyalı protezlərlə təminatı xüsusi yanaşma tələb edən prosesdir, burada amputasiya olunmuş güdülün protezləşməyə tam hazır vəziyyətə gətirilməsi üçün müəyyən hazırlıq mərhələsi olur. Bu hazırlıq mərhələsi keçildikdən sonra müasir protezlə təminat həyata keçirilir. Vətən müharibəsində, hərbi əməliyyatlarda xəsarət alaraq protezləşməyə ehtiyacı yaranmış bütün qazilərimiz birmənalı olaraq ən yüksək texnologiyalı protezlərlə təmin ediləcək. Bu məqsədlə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi tərəfindən bütün müvafiq tədbirlər görülür”.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=20193