Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 246 $▼5.83%
  • Ethereum1 764 $▼8.51%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Qazpromla bağlı Özbəkistan İDDİASI: Qaz nəqli Rusiyaya həvalə edilir?

image-qazprom
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya Özbəkistana ölkədəki qaz nəqli sistemini “Qazprom”a həvalı etməyi təklif edib.

Busaat.az xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı iddia edib.

Özbək dilində yayımlanan Gazeta.uz nəşrinin xəbərinə görə, Rusiya ötən noyabr ayında Qazaxıstan və Özbəkistanla Üçtərəfli Qaz İttifaqının yaradılması təklifini irəli sürüb. Bundan sonra Rusiya və Özbəkistan tərəfləri bir neçə dəfə görüşüb və ikitərəfli danışıqlar aparılıb.

Xəbərdə Rusiya tərəfi Rusiya qazını Qazaxıstan ərazisindən keçən “Mərkəzi Asiya-Mərkəz” təbii qaz kəməri ilə Özbəkistana tədarük etməyi təklif edib, bunun müqabilində Rusiyanın Özbəkistandan bu ölkənin qaz nəqli sisteminin və Özbəkistan qazının Çinə ixrac hüquqlarının “Qazprom”a verilməsini istəyib.

Məqalədə qeyd olunub ki, Rusiya tərəfinin əsas şərti Özbəkistanın qaz nəqli sistemini bazar qiymətinə “Qazprom”un mülkiyyətinə keçirmək olduğu iddia edilib. Analoji tələb Qazaxıstanın qaz nəqli şirkəti olan “Kazakqaz”a da təklif edilib, lakin Qazaxıstan şirkəti bu şərtləri qəbul etməyib.

Rusiya tərəfinin irəli sürdüyü ikinci şərt Özbəkistanın qaz ixracı hüququnun Çinə verilməsidir.

Soyuq havalardan sonra daxili istehlakın artdığı Özbəkistanda təbii qaz problemi yaranıb. 2022-ci ilin noyabrında Rusiya tərəfi Özbəkistan və Qazaxıstana təkliflə çıxış edərək Özbəkistan tərəfinə təbii qaz tədarükünü də əhatə edən Üçtərəfli Qaz İttifaqının yaradılmasını təklif edib.

Bunun üzərinə Özbəkistanın energetika naziri Corabek Mirzamahmudov Rusiyadan Özbəkistana təbii qazın ittifaq şəklində deyil, birbaşa ikitərəfli kommersiya razılaşmaları əsasında həyata keçirilə biləcəyini açıqlayıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=97155