“Qələbədən sonra hər qəpiyin qədrini bilməli olacağıq” – Natiq Cəfərli

“Qələbədən sonra hər qəpiyin qədrini bilməli olacağıq” – Natiq Cəfərlibackend

 

“Bu il məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün Bakı və Abşeron rayonu ərazisində tkintisi nəzərdə tutulan bütün layihələr ləğv edilməlidir”.

Busaat.az xəbər verir ki, bunu Azərbaycann işğal altında olan torpaqlarının azad edilməsindən sonra məcburi köçkünlərlə bağlı vəziyyəti dəyərəndirən iqtisadçı Natiq Cəfərli bildirib.

Natiq Cəfərliyə görə, 2020-ci ilə qədər dövlət qaçqın və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün milyardlarla manat vəsait xərcləyib:

“Bu gün Ordumuz torpaqlarımızı işğaldan azad edir və bundan sonra quruculuq, tikinti işləri işğaldan azad edilmiş rayon-şəhər və kəndlərimizdə olacaq. Ona görə də bu il məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün Bakı və Abşeron rayonu ərazisində tkintisi nəzərdə tutulan bütün layihələr ləğv edilməli, həmin vəsait işğaldan azad edilən rayonlarda, özü də bu günə qədər “boz tenderlərlə” yox, açıq, şəffaf şəkildə xərclənməlidir. Bu ilin mart ayında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün binaların tikintisi, Binəqədi rayonu, Xocasən qəsəbəsində 810 ailə üçün və Abşeron rayonunda 1008 ailə üçün yeni yaşayış məhəlləsinin layihələndirilməsi işləri tenderlərinin qalibləri ilə 102 milyon manat dəyərində müqavilə bağlayıb. Bu mart ayı idi, anladıq, hələ əks-hücum əməliyyatı yox idi, işlər hələ başlamayıbsa, müqavilələr ləğv edilməli, 102 milyon manat Qarabağda xərclənməlidir.

Biz Qələbədən sonra hər qəpiyin qədrini bilməli olacağıq, onmilyardlarla dollar vəsaitə ehtiyacımız yaranacaq. Ona görə də köhnə qayda ilə büdcə pulunu səpmək, döyüşdə düşmənə koordinat vermək kimi bir şeydir. Qələbədən sonra köhnə üsulla iqtisadiyyatı idarə etmək olmaz. Bu, Qələbəyə və Şəhidlərimizə də xəyanət olar. Ona görə də günü bu gündən artıq rasional, məntiqli, hesab-kitaba uyan idarəetmə modeli haqqında düşünməyə, yeni Konstitutsiya dəyişiklikləri haqqında baş sındırmağa dəyər”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90