Qələbəmizin yaxınlaşdığını hiss edirik – Zelenski

image-ukrainian-president-zelenskys-address-to-the-residents-of-ukrainian-citiesbackend

 “İndi biz qələbəmizin yaxınlaşdığını hiss edirik”.

Busaat.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski sosial media hesabında videomüraciət edərək Rusiya-Ukrayna müharibəsinin 263-cü günündə baş verən son hadisələri dəyərləndirib.

“Hamımız hiss edirik ki, qələbəmiz yaxınlaşır. Xerson vilayətinə nəzarət bərpa olunduqdan sonra yaşayış məntəqələrindən 226-da təhlükəsizlik tədbirləri görülüb. Bu ərazilərdə sabitlik təmin olunub. Bu məntəqələrdə 100 minə yaxın mülki şəxs yaşayır. Rusiya əsgərləri Xerson vilayətində hərbi cinayətlər törədib. Bölgədə mülki və hərbi cəsədlər aşkar edilib və araşdırmalara başlanılıb. Ölkə daxilində ən qaynar münaqişələr Donetsk cəbhəsində davam edir” – deyə, Zelenski Ukraynada siyasətçilərin, təhlükəsizlik qüvvələri nümayəndələrinin və müxtəlif peşə sahiblərinin öz vəzifələrini yerinə yetirərək qələbəyə doğru birlikdə hərəkət etdiklərini bildirib.

Busaat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki