“Qərargah ünvanlı məhdudlaşma tədbirlərinə keçməlidir” – Təklif

“Qərargah ünvanlı məhdudlaşma tədbirlərinə keçməlidir” – Təklifbackend

“Tam təcrid insanlarda özünüqoruma vərdişlərinin formalaşmasına mane olur”.

Busaat.az xəbər verir ki, bu sözləri Operativ Qərargahın həftəsonu sərt karantin rejimi tətbiqinin təsirləri ilə vəziyyətə münasibət bildirən iqtisadçı Samir Əliyev vurğulayıb.

Sərt karantin rejiminin gözlənilən effekti vermədiyini qeyd edən Samir Əliyevə görə, bu məsələ ilə bağlı yeni addımların atılması vacibdir:

“Son 1 ayda gündəlik koronavirusa yoluxma sayı üç dəfədən çox artıb. Ötən ayın 14-ü gündəlik yoluxma 121 nəfər olduğu halda hazırda 387-yə həddə çatıb. Ötən həftənin şənbə-bazar günü Bakıda və bir sıra şəhər və rayonlarda tam karantin tətbiq edildi. İyunun 6-sı tarixindən artıq səkkiz gün ötüb. Operativ Qərargahın açıqlamasına görə, yoluxma simptomları özünü 2-14 gün arasında göstərir. Ən azı ikigünlük tam tədric özünü müsbət mənada göstərməli idi. Ancaq tendensiya artım istiqamətində gedir və tam təcrid ən azı iki səbəbdən effekt vermir.

Birincisi, tam təcriddən 1 gün qabaq və sonrakı günlərdə adi vaxtlarda olduğundan daha çox sıxlıq yaranır və bu yoluxma üçün əlavə zəmin yaradır. İkincisi, tam təcrid insanlarda özünüqoruma vərdişlərinin formalaşmasına mane olur. Ola bilsin ki, tam təcrid səbəbindən yoluxma sayında hansısa gün əhəmiyyətli azalma olsun, ancaq bu müvəqqətidir. Sonrakı günlər qaydalara əməl edilməməsi azalmanı kompensasiya edəcək. Operativ Qərargah ünvanlı məhdudlaşma tədbirlərinə keçməlidir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90