
Qərb 2024-cü il prezident seçkiləri ərəfəsində Rusiyada sabitliyi pozmaq niyyətindədir - Lavrov
Qərb ölkələri 2024-cü il prezident seçkiləri ərəfəsində Rusiyada sabitliyi pozmaq istəyirlər.
Busaat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Suveren dövlətlərin daxili işlərinə qarışmaq kimi zərərli təcrübələr davam edir”, – Lavrov deyib.
Onun sözlərinə görə, ABŞ-nin rəhbərlik etdiyi kollektiv Qərb Rusiyaya qarşı hibrid müharibə aparır. “Kiyev rejimindən alət kimi istifadə olunur, Ukraynadakı nasist fəalları müasir silah və sursatlarla təmin edilir, ora təlimatçılar və muzdlular göndərilir”, – nazir əlavə edib.
Nazir qeyd edib ki, Rusiyanın düşmənlərinin açıq şəkildə həyata keçirdikləri hədəflər arasında Rusiya Ordusunu döyüş meydanında məğlub etmək, Rusiyanın siyasi iqtisadi suverenliyini pozmaq və onu qlobal siyasətin periferiyasına çatdırmaq var.
Busaat.az























