
“Qərb bizim arxamızdan öz ssenarisini hazırlayırdı” - Putin
Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində Qərb dövlətləri ilə danışıqlar aparmaq cəhdlərinin onlar tərəfindən saxtakarlığa və qəddar yalana çevrildiyini deyib.
Busaat.az xəbər verir ki, Putin əlavə olaraq qeyd edib:
“Hələ NMD başlamazdan əvvəl hava hücumundan müdafiə sistemləri və təyyarələrin tədarükü ilə bağlı danışıqlar gedirdi. Biz Kiyevin nüvə silahı əldə etmək səylərini xatırlayırıq”.
O, Rusiya sərhədlərinə yaxın “hərbi bazaları və bioloji laboratoriyaları” xatırladıb: “Qərb əməliyyatlar teatrını əvvəlcədən mənimsədi və Ukraynanı müharibəyə hazırladı”.
Busaat.az























