
Qərb işğalın ildönümündə Rusiyaya qarşı irimiqyaslı sanksiyalar paketi təqdim edəcək

Qərb Ukrayna münaqişəsinin başlanmasının ildönümündə Rusiyaya qarşı irimiqyaslı sanksiyalar paketi təqdim edəcək.
Busaat.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland jurnalistlərə bildirib.
Nulanda görə, ABŞ və onun G7 tərəfdaşları fevralın 24-də (Ukraynada münaqişənin başlanmasının ildönümündə - red.) Rusiyaya qarşı yeni irimiqyaslı sanksiyalar paketini təqdim etməyə hazırlaşırlar. O, sanksiyaların Rusiyanın hərbi-sənaye kompleksinə təsir edəcəyini qeyd edib.
Nuland əlavə edib ki, yüksək texnoloji avadanlıqların tədarükü məsələsində də məhdudlaşdırıcı tədbirlər görüləcək.























