
Qərb onlara hər şeyi günəşin altında vəd edir - Lavrov
Qərb davamlı olaraq Rusiyanın postsovet məkanındakı ən yaxın müttəfiqlərinin Moskva ilə bağlı əlaqələrini pozmağa çalışır.
Busaat.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Ən yaxın müttəfiqlərimizin, strateji tərəfdaşlarımızın hərəkətlərinə, bəyanatlarına əsaslanan çoxlu faktlar var. Onlar çalışırlar ki, iqtisadi ziyan vuracaq heç nə etməsinlər”, – nazir deyib.
“Qərb metodik və kinli şəkildə onlardan öz maraqlarına zidd addımlar atmaqdan çəkinməyi tələb edir. Baxmayaraq ki, əslində bu, yalnız daxili işlərə qarışmaq deməkdir”, – Lavrov əlavə edib.
Onun fikrincə, Qərbin Mərkəzi Asiya və Cənubi Qafqaz iqtisadiyyatında rolu artır.
“Eyni zamanda, büdcədən maliyyələşən QHT-lərin, ilk növbədə ABŞ, Britaniya və Avropa İttifaqının şəbəkəsi genişlənir. Bir sıra postsovet ölkələrində onlar özlərini daha rahat hiss edir və hətta bu addımı atmağa çalışırlar. Mən onları sadalamayacağam, onlar hamıya məlumdur”, – Lavrov fikrini bitirib.
Busaat.az























