
“Qərb son ukraynalıya qədər Rusiyaya qarşı vuruşmaq niyyətindədir” - Putin
Qərb Ukraynaya əlavə hərbi texnika verə bilər, lakin onunla işləmək üçün sonsuz sayda canlı qüvvəsi yoxdur.
Busaat.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi brifinqdə zamanı deyib.
“Mən başa düşürəm ki, bu, ilkin məlumatdır, çünki döyüş meydanı haqqında tam məlumat əldə etmək mümkün deyil, lakin ümumilikdə hər şey aydındır”, – Putin bildirib.
“Görünür, Ukraynanın Qərb müttəfiqləri həqiqətən də son ukraynalıya qədər Rusiyaya qarşı vuruşmaq niyyətindədirlər”, – prezident qeyd edib.
Putin Şoyqunun Ukrayna itkiləri ilə bağlı məruzəsini dinləyib və sonra həmin məlumatı Patruşevin digər kanallar vasitəsilə əldə etdiyi məlumatlarla müqayisə edib.
“Nikolay Platonoviç, baş verənlərlə bağlı obyektiv təsəvvürə malik ola bilməyimiz üçün müxtəlif qurumlardan olan həmkarlarınızla qarşılıqlı əlaqə saxlamağınızı xahiş etdim. Aydındır ki, əsas məsuliyyət Müdafiə Nazirliyinin üzərinə düşür, lakin buna baxmayaraq, digər qurumlar da məlumat toplayır”, – Putin əlavə edib.
Prezident xatırladıb ki, Ukrayna ordusunun ehtiyatları tükənməyib və rus komandirləri döyüş əməliyyatlarını planlaşdırarkən praktiki olmalıdır.
“Rəqibin irəliləyiş potensialının tükənmədiyi, bir sıra strateji ehtiyatların hələ işə salınmadığı əsas götürülməlidir və döyüş əməliyyatlarını planlaşdırarkən bunu nəzərə sizdən almağı xahiş edirəm”, – Putin sözlərini yekunlaşdırıb.
Busaat.az























