
Qərb Ukraynada uzun sürən münaqişəyə hazır olmalıdır - Şolz
.Qərb öz siyasətini Ukrayna münaqişəsinin qeyri-müəyyən müddətə davam edə biləcəyi gözləntisi ilə tənzimləməlidir.
Busaat.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolz bildirib.
“Biz hazır olmalıyıq ki, Rusiyanın Ukraynadakı hərəkəti uzun müddət davam edə bilər”, – Şolz deyib.
“Biz buna hazırlaşırıq və siyasətimizi bu istiqamətə yönəldirik”, – kansler qeyd edib.
“Almaniya lazım olduğu müddətdə Ukraynanın sadiq dəstəkçisi olmağa davam edəcək. “Lakin NATO-nun münaqişənin tərəfinə çevrilməyəcəyi göz qabağındadır”, – Şolz əlavə edib.
Busaat.az























