
Qərbin Putinin Belarusdakı nüvə planlarına reaksiyası “isteriyadır” - Peskov
Rusiya prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarı Qərbin “isterik reaksiyasına” səbəb olub.
Busaat.az Rusiya mediaasına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz Kollektiv Qərbin prezident Putinin verdiyi açıqlamalara çox təmkinsiz reaksiyasını görürük. Belə olan halda, deməliyik ki, onlar (Qərb ölkələri nəzərdə tutulur – red.) bizim planlarımıza taktiki – nüvə silahları üçün anbarlar tikmək planlarına belə bir isterik reaksiyaya meyllidirlər. Çünki bura Belarusun ərazisidir”, – Peskov Rusiya-1 telekanalında deyib.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi onu da qeyd edib ki, Avropa ölkələrində ABŞ-nin bu qitədəki nüvə silahlarının mövcudluğu məsələsini qaldırmır.
Busaat.az























