
Qərbin Rusiyanı əsarət altına almaq planları iflasa məhkumdur – Nebenzya
Qərb yenidən Rusiyanı əsarət altına almaq və onun təbii sərvətlərinə əl uzatmaq istəyir, lakin bu məqsədlərinə çata bilməyəcəklər.
Busaat.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya Təhlükəsizlik Şurasının iclasında deyib.
“Ölkəmiz dünən “Xatirə” və “Matəm” Gününü qeyd etdi. Həmin gün faşist Almaniyası Sovet İttifaqına hücum etdi. Sovet İttifaqının iyirmi yeddi milyon vətəndaşı nasist işğalçılarına qarşı döyüşərək həlak oldu. Alman tankları o vaxt olduğu kimi, bu gün də bizim ərazimizi atəşə tutur. Yeganə fərq odur ki, Kiyevdə kök salmış nasist rejiminin arxasında təkcə Almaniya deyil, ABŞ və onun NATO müttəfiqləri dayanır”, – Nebenzya bildirib.
“Buna görə də Ukrayna çöllərində alman tankları və digər Qərb texnikası yanır. Onlar neonasistlərin və onların himayədarlarının Rusiyanı məğlub etmək üçün puç ümidləri ilə birlikdə yanırlar”, – diplomat əlavə edib.
Busaat.az























