
Qərbin sanksiyaları Rusiya-İran əməkdaşlığı qarşısında gücsüzdür - Zaxarova
Xarici təzyiq və sanksiyalar Moskva və Tehran arasında əməkdaşlığa maneə deyil, əksinə, ikitərəfli münasibətlərdə müsbət tendensiyaların artmasına kömək edir.
Busaat.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Zaxarovanın sözlərinə görə, Rusiya və İran “Qərbin fikrindən asılı olmayaraq, qarşılıqlı qaydada əməkdaşlığı inkişaf etdirir”.
O xatırladıb ki, 2022-ci ildə Rusiya-İran ticarəti 20,2% artıb və “təxminən 5 milyard ABŞ dollarına çatıb”. “Logistika və ödəniş infrastrukturu gücləndirilir. Bu, ikitərəfli əməkdaşlığın, ilk növbədə, ticarət-iqtisadi sahədə daha da genişlənməsinə şərait yaradır”, – deyə bildirib.
Hər iki ölkə bu məsələdə öz xalqlarının maraqlarını rəhbər tutur.
Busaat.az























