
Qərbin sursat ehtiyatı tükənib - Bloomberg
Hazırda Qərb ölkələrinin Kiyevə hərbi dəstək sayəsində demək olar ki, sursat ehtiyatı tükənib.
Busaat.az xəbər verir ki, bu barədə Bloomberg-in köşə yazarı Maks Hastinqs yazır.
Onun sözlərinə görə, “NATO-nun ən güclü ölkəsi” olan ABŞ “Ukraynaya hərbi dəstəyi əvvəlki səviyyədə saxlamaq üçün ciddi çətinliklər yaşayır”.
“Şok doğuran reallıq odur ki, Vaşinqton Kiyevə tədarükünü davam etdirmək üçün Seuldan adi artilleriya sursatları almağa və ya borc götürməyə məcburdur”, – Hastings iddia edir.
Hastinqs bildirir ki, belə bir şəraitdə NATO ölkələri təcili olaraq hərbi sənayeyə investisiyaları artırmalıdırlar.
Busaat.az























