
“Qərblə Rusiya arasında pozulmuş münasibətlər hamıya təsir edəcək” - Çavuşoğlu
Ukrayna üçün etibarlı atəşkəs və ədalətli sülhün təmin edilməsi lazımdır.
Busaat.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
“Türkiyə Rusiyaya qarşı birtərəfli sanksiyalarla razı deyil və Qərblə Rusiya arasında pozulmuş münasibətlərin hamıya təsir edəcəyinə inanır” – deyə, Çavuşoğlu qeyd edib.
“Rusiya ilə əlaqələrin kəsilməsinin nə ilə nəticələndiyini görürük. Bu, istər-istəməz hər kəsə təsir edəcək. Təbii qaz qiymətləri ilə bağlı nə baş verdiyini görürük. Bununla belə, Türkiyə təbii qaz qıtlığından əziyyət çəkmir. Bu, bizim ölkədə müşahidə etdiyimiz bir vəziyyətdir. Biz heç vaxt birtərəfli sanksiyalarla razılaşmırıq. Ukrayna üçün etibarlı atəşkəs və ədalətli sülhü təmin etmək lazımdır. Türkiyə olaraq biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik” – deyə türk diplomat əlavə edib.
Busaat.az























