Məzmuna keç
  • Brent neft110.72 $▼2.39%
  • WTI neft101.27 $▼2.74%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.906 $▲0.28%
  • Qızıl3 921 $▲0.57%
  • Gümüş50.08 $▲1.63%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.00 ¢▼0.08%
  • Bitcoin78 368 $▲0.71%
  • Ethereum2 293 $▲1.57%
  • S&P 5007 580▼1.83%
15°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
Gündəm

Qəzada yaralananların vəziyyəti haqda açıqlama

image-surucu
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsində baş verən ağır qəzada yaralananların 16 nəfəri Sabunçu Tibb Mərkəzinə müraciət edib. 

Busaat.az  xəbər verir ki, bu barədə Real TV-yə Sabunçu Tibb Mərkəzinin şöbə müdiri Məhəmməd Məmmədov məlumat verib. O qeyd edib ki, onlardan 2 nəfərinin üzərində cərrahi əməliyyat aparılıb: “Bir nəfərin dalağı zədələndiyinə görə əməliyyat olunaraq çıxarılıb. Digərinin isə ayağı baldırdan amputasiya olunub.

Yaralılardan 4-ü ağır vəziyyətdə olduğuna görə reanimasiyaya yerləşdirilib. 4 nəfərin isə müayinədən sonra vəziyyətinin yüngül olduğu məlum olub və onlar ambulator müalicəyə göndərilib. Bizim xəstəxanaya gələnlər arasında ölüm halı qeydə alınmayıb”.

M. Məmmədov əlavə edib ki, digər yaralılar hazırda nəzarətdədir və müalicəni davam etdirirlər. Vəziyyətləri orta və kafi qiymətləndirilir.

Qeyd edək ki, aeroport yolunda baş verən yol nəqliyyat hadisəsində 21 nəfər (11 kişi, 10 qadın) müxtəlif xəsarətlərlə xəstəxanaya (8-nəfər KTM, 13 nəfər – 3 saylı KŞX-ya) çatdırılıb. İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər ölüb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=59884