“Qəzaya uğrayan PKK/YPG helikopterləri ilə heç bir əlaqəmiz yoxdur” – ABŞ

image-ryderbackend

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü briqada generalı Patrik Rayder Şimali İraqda qəzaya uğrayan və PKK/YPG terror təşkilatı üzvlərini daşıyan helikopterlərlə heç bir əlaqələri olmadığını iddia edib.

Busaat.az xəbər verir ki, Pentaqon sözçüsü, general Patrik Rayder Anadolu Agentliyinin müxbirinin gündəlik mətbuat konfransında ünvanladığı, “Sizin ortağınız SDG açıqlama verərək, Şimali İraqda PKK/YPG üzvlərini daşıyan iki helikopterin qəzaya uğradığını açıqladı. Bəyanatda onların həri təlimdə iştirak etdiyi bildirilir. ABŞ-nin İraqdakı bu hərbi təlimlərdə rolu nə idi? Burada ABŞ tərəfindən maliyyələşdirilən vəsaitlərdən istifadə olunubmu?”, – sualına belə cavab verib:

“ABŞ-nin SDG helikopterinin uçuşu ilə heç bir əlaqəsi yoxdur və heç bir şəkildə bu təlimlərdə iştirak etmir. Bilirsiniz, SDG tək başına bir gücdür və biz onlarla İŞİD-ə qarşı mübarizə əməliyyatlarında tərəfdaşıq. Bir daha deyirəm, ABŞ-nin və ya koalisiyanın bu vertolyot hadisəsi ilə heç bir əlaqəsi yoxdur. Bizim bu tapşırığın əvvəllər icra edilib-edilməməsi ilə bağlı da hansısa məlumatımız yoxdur”.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90