Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 430 $▼4.09%
  • Ethereum1 835 $▼4.78%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Qəzzada 800 nəfərin həlak olduğu ƏL-ƏHLİ XƏSTƏXANASI

image-israel-palestinians
Wounded Palestinians Ahli Arab hospital at the al-Shifa hospital, following Israeli airstrikes, in Gaza City, central Gaza Strip, Tuesday, Oct. 17, 2023. (AP Photo/Abed Khaled)
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi, Qəzzada Əl-Əhli xəstəxanasına raket atılıb. Nəticədə ölənlərin sayı artıq 800 nəfəri keçib. İsrail hücumda İslami Cihad qrupunun iştirak etdiyini bildirib, Fələstin lideri Mahmud Abbas isə hücumu “İsrailin müharibə cinayəti” adlandırıb.

Busaat.az xəbər verir ki, “Kommersant” nəşri həmin tibb müəssisəsi haqqında məlumatları icmalda toplayıb.

Əl Əhli Xəstəxanası 1882-ci ildə anqlikan kilsəsinin Missiya Kilsə Cəmiyyəti tərəfindən Qəzzada tikilib və şəhərin ən qədim xəstəxanalarından biridir. Qəzzanın cənubundakı Zeytun bölgəsində yerləşir. Ərəb dilindən tərcümədə adı “Ərəb Xalq Xəstəxanası” deməkdir.

1954-cü ildən 1982-ci ilə qədər xəstəxana Cənubi Baptist Kilsəsinin Tibbi Missiyası tərəfindən idarə olunub, o zamandan bəri Əl-Əhli Baptist Xəstəxanası kimi tanınır. 1980-ci ildən bu qurum Qüds Yepiskop Kilsəsi tərəfindən idarə olunur.

Xəstəxana “Embrace the Middle East” beynəlxalq xeyriyyə təşkilatları tərəfindən dəstəklənir. Səyyar klinika proqramı ətraf şəhər və kəndlərdəki insanlara pulsuz tibbi xidmət və yemək verir. Qüds yeparxiyasının saytında deyilir ki, tibb müəssisəsinin cəmi 80 çarpayısı var, lakin son günlər xəstəxanada Qəzzada evlərini tərk edən 5 minə qədər qaçqın yerləşdirilib.

Bundan əvvəl, 14 oktyabr 2023-cü ildə xəstəxananın Xərçəng Müalicəsi Diaqnostika Mərkəzi artıq raket atəşinə məruz qalmışdı. Nəticədə xəstəxananın 4 əməkdaşı xəsarət alıb, üst iki mərtəbəyə ciddi ziyan dəyib.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden də hadisəyə münasibət bildirib.

“Gördüklərimə əsasən, belə görünür ki, bunu (Qəzza zolağındakı xəstəxananın atəşə tutulmasını – red.) siz yox, qarşı tərəf həyata keçirib”, – Bayden İsrailin baş nazirinə deyib.

ABŞ prezidenti əlavə edib ki, xəstəxanada partlayışın nədən qaynaqlandığını çox adam bilmir. O, ABŞ-ın bu ölkəyə dəstəyini dünyaya göstərmək üçün İsrailə gəldiyini deyib./Modern.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=125191