
Qəzzadan hücumlarda 2 min 315 israilli yaralanıb
Qəzzadan başladılan hücumlar nəticəsində yaralanan israillilərin sayı 2315-ə yüksəlib.
Busaat.az xəbər verir ki, bu barədə İsrailin Kanal 12 televiziyası məlumat yayıb.
Bildirilib ki, yaralananların ümumi sayı 365-i ağır olmaqla, 2 min 315-ə yüksəlib.
Haaretz qəzeti də 25 nəfərin ağır yaralandığını və həyatlarının təhlükə altında olduğunu qeyd edib.
Xəbərlərdə ölənlərin sayı ilə bağlı heç bir yenilik yoxdur.























