Məzmuna keç
  • Brent neft92.60 $▼0.46%
  • WTI neft84.87 $▼0.70%
  • Avropa qazı (TTF)86.33 €▲0.99%
  • Təbii qaz (ABŞ)3.192 $▲0.00%
  • Qızıl3 795 $▼0.88%
  • Gümüş46.27 $▼1.26%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda606.00 ¢▼0.74%
  • Bitcoin64 649 $▼0.35%
  • Ethereum1 812 $▼0.61%
  • S&P 5007 341▼1.07%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Qırğızıstan Prezidentinin təyyarəsi Böyük Britaniyaya buraxılmadı

image-japarov-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Qırğızıstan Prezidenti Sadır Japarovun təyyarəsi Böyük Britaniyaya buraxılmayıb.

Busaat.az  “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, buna səbəb ölkə Prezidentinin təyyarəsinin texniki tələblərə cavab verməməsidir.

Qırğızıstanın Prezident Administrasiyası nümayəndəsinin sözlərinə görə, ölkə Prezidentinin uçduğu 1 nömrəli bort – “Tu-154” Avropa İttifaqının və Böyük Britaniyanın texniki qaydalarına uyğun gəlmir. Bununla əlaqədar olaraq, Qırğızıstan tərəfinə sözügedən tip təyyarənin ölkədə yerə enməsinin mümkün olmadığı bildirilib.

Bunun ardınca, Qırğızıstanın nümayəndə heyəti BMT-nin İqlim Dəyişikliyi üzrə 26-cı konfransına qatılmaq üçün özəl təyyarə kirayə götürməli olub.

“Sputnik”in məlumatına görə, Japarov Qlazqo şəhərinə “Embraer Lineage 1000” biznes-klass özəl təyyarəsində uçub. Ölkə Prezidenti noyabrın 2-si sammitdə çıxış edəcək.

Qeyd edək ki, 1 nömrəli bort – “Tu-154” Qırğızıstanın keçmiş Prezidenti Kurmanbek Bakiyevə 2006-cı ildə Rusiya Prezidenti Vladimir Putin tərəfindən bağışlanıb. Təyyarə 1993-cü ildə buraxılıb.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 26-cı Konfransı (COP26) bu gün Şotlandiyanın Qlazqo şəhərində öz işinə başlayıb. Konfrans noyabrın 12-nə qədər davam edəcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=61902